Yan 18, 2016 08:56 Asia/Baku
  • SWIFT iranlı banklara xidmətlərin təqdiminə başlayıb
    SWIFT iranlı banklara xidmətlərin təqdiminə başlayıb

Nüvə anlaşmasının icrası ilə bir vaxtda SWIFT, başqa sözlə, Banklar Arasında Maliyyə Əlaqələri üzrə Beynəlxalq Təşkilat iranlı banklara xidmətlərin təqdimini bərpa edib.

IRNA-nın məlumatına görə, Nüvə anlaşmasının icrası ilə bir vaxtda SWIFT, başqa sözlə, Banklar Arasında Maliyyə Əlaqələri üzrə Beynəlxalq Təşkilat bazar günü bir bəyanat yayaraq bildirib ki, Avropa Birliyinin sanksiyalar siyahısından çıxarılmış bütün iranlı banklar adi prosesi keçməklə SWIFT-ə qoşula və bu şirkətin maliyyə mesajı xidmətlərindən bəhrələnə bilərlər.

Bu bəyanatda habelə Avropa Birliyi Şurasının həmin biriliyin İrana qarşı maliyyə və iqtisadi sanksiyalarının yanvarın 16-dan götürülməsinə dair qərarına işarə olunub.

Qeyd etmək lazımdır ki, İranın Xarici İşlrə Nazirliyi və Belçikadakı səfirliyinin atdıqları addımların davamında ötən həftə bu məsələ ilə bağlı Avropa Birliyinin Brüsseldəki qərargahında İranın Mərkəzi Bankı ilə SWIFT-in nümayəndələri arasında geniş müzakirələr baş tutdu və Avropa Birliyi də yaydığı məlumatda birbaşa şəkildə iranlı bankların SWIFT ilə əlaqələrinin bərpasına icazənin verildiyini vurğulayıbdır.

Teqlər