İran Rusiyadan yüzlərlə yük vaqonu alıb
Yan 20, 2016 15:52 Asia/Baku
-
İran Rusiyadan yüzlərlə yük vaqonu alıb
İran İslam Respublikasının Dəmiryolu Şirkətinin icraçı direktoru Rusiyadan yüzlərlə yük vaqonunun alındığını bildirib.
İranın Yol və Şəhərsalma Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumata görə, Möhsün Purseyid Ağayi deyib: Rusiyadan 500 yük vaqonu alınıb və sərnişin vaqonlarının alışı ilə bağlı da müzakirələrə başlanılıb.
Purseyid Ağayi əlavə edib: Nüvə anlaşmasının icraya qoyulması ilə şirkətlər müxtəlif yollarla İranın dəmiryolu şəbəkəsinin təmin edilməsinə çalışırlar.
Teqlər