Rusiya İrandan qida məhsulları idxal etmək istəyir
-
Rusiya İrandan qida məhsulları idxal etmək istəyir
İranın Mərkəzi Əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının sədri deyib: İranın Rusiyaya ixracatının 70%-ni qida məhsulları təşkil edir.
İranın Mərkəzi Əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının sədri Məhəmməd Rza Hacıpur çərşənbə günü Rusiya və MDB ölkələrinin iqtisadi və ticarət heyətinin iştirakı ilə keçirilən qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə işçi qrupunun iclasında deyib: İranın Rusiyaya ixracatının 70%-in qida məhsulları təşkil edir. Bu da Rusiyanın İrandan daha çox qida məhsulları idxalına maraq göstərdiyindən xəbər verir.
Hacıpur əlavə edib: İranın Rusiyaya ixrac etdiyi qida məhsulları əsasən püstə, kişmiş, tərəvəz məhsulları və üzümdür.
Rusiyanın "Ural" ticarət şirkəti, Rusiyanın təyyarəqayırma şirkəti, "Mil" helikopter düzəltmə şirkəti, dəmir daşlarının emalı şirkəti və Qazaxıstanın dəmir yolu şirkəti çərşənbə günü İranın Mərkəzi əyalətinə səfər edərək, bu əyalətin potensialları ilə yaxından tanış olublar.