İran və Rusiya iranlı kosmonavtın kosmosa göndərilməsi haqda müzakirə aparırlar
https://azeri.sahartv.ir/news/İran-i205047-İran_və_rusiya_iranlı_kosmonavtın_kosmosa_göndərilməsi_haqda_müzakirə_aparırlar
Rusiyanın "ROSKOSMOS" dövlət kosmonavtika şirkətinin müdiri İqor Komarov bildirib ki, Rusiya və İran kosmosa göndərilmək məqsədilə iranlı kosmonavta təlimin keçilməsi sahəsində həmkarlıq üçün müzakirə aparırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2016 15:06 Asia/Baku
  • İran və Rusiya iranlı kosmonavtın kosmosa göndərilməsi haqda müzakirə aparırlar
    İran və Rusiya iranlı kosmonavtın kosmosa göndərilməsi haqda müzakirə aparırlar

Rusiyanın "ROSKOSMOS" dövlət kosmonavtika şirkətinin müdiri İqor Komarov bildirib ki, Rusiya və İran kosmosa göndərilmək məqsədilə iranlı kosmonavta təlimin keçilməsi sahəsində həmkarlıq üçün müzakirə aparırlar.

IRNA-nın "Rossiya segodnya" xəbər agentliyinə istinadlı məlumatına görə, Komarov cümə axşamı günü Rusiyanın Uzaq Şərq məntəqəsində yerləşən Amur vilayətində Rusiyanın yenicə təsis etdiyi "Vostochniy" kosmodromundan görüş keçirərkən müxbirlərə deyib: "ROSKOSMOS" şirkəti Rusiyanın həmkarlığı ilə iranlı kosmonavt yetişdirmək imkanı barədə İranla müzakirələri davam etdirəcək.

Komarov əlavə edib: "ROSKOSMOS" və iranlı tərəf həmçinin yerə kosmik nəzarət məqsədilə süni peyk düzəltmək üçün müzakirə aparırlar.

O, hələ bu sahədə iki tərəf arasında bir müqavilənin imzalanmadığını deyərək, bildirib: Digər tərəfdən, qeyd edirəm ki, iki tərəfin bu məsələlərə marağı azalmayıb.

"ROSKOSMOS" şirkətinin sədri deyib: Bu mərhələdə iki məsələ barədə İranla müzakirə aparacağıq və bu məsələlər iranlı kosmonavta təlim və İran üçün kosmik raketin düzəldilməsinə şamil olur.

İran və Rusiya son illərdə kosmonavtika sahəsində məhdud həmkarlıqlar ediblər, amma ötən noyabr ayından bəri bu həmkarlıqlar İran-Rusiya Texniki Əməkdaşlıqlar Ali Komissiyası çərçivəsində Kosmik Əməkdaşlıqlar Komitəsinin yaradılması ilə daha mütəşəkkil forma alıbdır.