İslam İnqilabının Böyük Rəhbəri Sepah-ın dəniz qüvvələrindən bir qrupu ilə görüşüblər
https://azeri.sahartv.ir/news/İran-i205330-İslam_İnqilabının_böyük_rəhbəri_sepah_ın_dəniz_qüvvələrindən_bir_qrupu_ilə_görüşüblər
İslam İnqilabının Böyük Rəhbəri Sepah-ın dəniz qüvvələrinin amerikalı hərbçilərin qanunsuz surətdə İranın Fars Körfəzindəki sularına daxil olmaları məsələsindəki addımını şücaətli və vaxtında atılmış addım adlandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2016 13:04 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri Sepah-ın dəniz qüvvələrindən bir qrupu ilə görüşüblər
    İslam İnqilabının Böyük Rəhbəri Sepah-ın dəniz qüvvələrindən bir qrupu ilə görüşüblər

İslam İnqilabının Böyük Rəhbəri Sepah-ın dəniz qüvvələrinin amerikalı hərbçilərin qanunsuz surətdə İranın Fars Körfəzindəki sularına daxil olmaları məsələsindəki addımını şücaətli və vaxtında atılmış addım adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayərtullahuluzma Xamenei bazar günü İran sularına təcavüz etmiş amerikalı dəniz piyadalarını həbs etmiş Sepah qüvvələrindən bir qrupu ilə görüşdə deyiblər: Sepah-ın dəniz qüvvələrinin amerikalı hərbçilərin qanunsuz surətdə İranın Fars Körfəzindəki sularına daxil olmaları məsələsindəki addımı şücaətli və vaxtında atılmış addım olub.

İslam İnqilabının Böyük Rəhbəri bu qüvvələrdən razılıq edərək, belə qeyd ediblər: Əslində, bu hadisəni Allahın işi bilmək lazımdır ki, amerikalıları bizim sulara çəkib gətirdi ki, sizin vaxtlı addımınızla amerikalı hərbçilər əlləri başlarına qoyulmuş şəkildə həbs olunsunlar.

İki amerikan qayıq 2016-cı il yanvarın 12-də qanunsuz surətdə İranın Fars Körfəzindəki sularına daxil olandan sonra Sepah-ın dəniz qüvvələri tərəfindən dayandırıldı və on nəfər olan onun sərnişinləri həbs olundular. Bu dənizçilər onların İran sularına daxil olmalarının qəsdən olmamasının aydınlaşmasından sonra azad edildilər.