Tehran və Bakı dərman istehsalı sahəsində həmkarlıq edirlər
https://azeri.sahartv.ir/news/İran-i206755-tehran_və_bakı_dərman_istehsalı_sahəsində_həmkarlıq_edirlər
İran və Azərbaycan Respublikası dərman istehsalı sahəsində həmkarlıq edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2016 05:30 Asia/Baku
  • Tehran və Bakı dərman istehsalı sahəsində həmkarlıq edirlər
    Tehran və Bakı dərman istehsalı sahəsində həmkarlıq edirlər

İran və Azərbaycan Respublikası dərman istehsalı sahəsində həmkarlıq edirlər.

IRNA-nın İranın Bakıdakı səfirliyinə istinadlı məlumatına görə, İranın Sosial Təminat Təşkilatının sərəncamçı müdir əvəzi Rza Rainin cümə axşamı günü Bakıda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşündə iki ölkənin dərman istehsalı sahəsində həmkarlığl vurğulanıb.

Rai bu görüşdə Azərbaycan Respublikasında dərman istehsalı və ixracatı üçün İranın Sosial Təminat Təşkilatının İnvestisiya Şirkətinin hazır olmasından xəbər verib.

İranın Sosial Təminat Təşkilatının sərəncamçı müdir əvəzi deyib: İran İslam Respublikası ölkəsinin dərman ehtiyaclarının təqribən 95%-ni təmin edir və Azərbaycan Respublikası hökumətinin dərmanın təmini və onun istehsalının yerliləşdirilməsi siyasətinə əsasən, iki ölkənin əczaçılıq şirkətləri arasında həmkarlıq bu sahədə əlaqələrin güclənməsinə səbəb ola bilər.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də bu görüşdə ikitərəfli münasibətlərin inkişafından razılıq edərək, dünya qüdrətləri ilə müzakirələrdəki uğuru və nüvə anlaşmasının əldə olunmasını İranın inkişafı yolunda böyük bir addım adlandırıb.

Mustafayev belə vurğulayıb: Azərbaycan Respublikası ümid edir ki, iki ölkə ekspertlərinin müzakirələri tez bir zamanda müqavilənin bağlanması və iri iqtisadi əməkdaşlığın başlanması ilə nəticələnəcək.