İranda yeni növ elektrik stansiyaları istifadəyə verilib
-
İranda yeni növ elektrik stansiyaları istifadəyə verilib
Günəş elektrik stansiyaları elə bir vasitə və aparatlardırlar ki, işığı elktrikə çevirir və mənzillər, idarələr, binalar, küçələr və sair məkanlarda işlədilirlər. Tehranda ilk təmərküzləşdirilmiş günəş elektrik stansiyası bazar günü bəzi rəsmilərin iştirakı ilə istifadəyə verildi. Bu elektrik stansiyası saatda əlli kilovat elekltrik enerjisi istiehsal etmək qabiliyyətinə malikdir ki, gündə orta hesabla 300 kilovat elektrik istehsal edir.
İranda ilk zibilyandıran elektrik stansiyası da istifadəyə verilib. Bu elektrik stansiyası üç meqavat elektrik istehsalı tutumu ilə Tehran şəhərinin kənarında yerləşir.
Tehran meriyasının tullantılar üzrə şöbə müdiri deyib: Ölkədə zibilyandıran yeni elektrik stansiyalarının düzəldilməsi və işə salınması elektrik istehsalının kənarında zibillikləri aradan qaldıraraq, ətraf mühitə kömək edir.
Bu elektrik stansiyası gündə 200 tondan çox zibilin məhv edilməsi və elektrikə çevrilməsi imkanına malikdir. Bu qədər elektrik enerjisi 300 min ədəd 100 vatlıq lampanın yanmasını, həmçinin 1300 tehranlı ailəyə lazım olan elektriki təmin edə bilər.
Tehran merinin iaşə xidmətləri üzrə müavini də deyib: Adi surətdə quru zibillərin bir hissəsi emal olunası deyil və onlar ya basdırılmalı və ya yandırılmalıdırlar. İndiyədək lazımi imkanların olmaması üzündən, quru zibillərin bu hissəsini basdırırdıq, amma zibilyandıran elektrik stansiyasının işə salınması ilə emalolunmaz quru zibilləri yandırmaqla elektrik istehsal edə və ətraf mühiti qoruyaraq, iqtisadi baxımdan da gəlir əldə bilərik. Çalışırıq ki, zibilyandıran elektrik stansiyasının tutumunu artıraq. Belə ki, gündə üç min ton zibilin basdırılmasının qarşısı alınsın və əslində zibilin basdırılması sıfıra enmiş olsun.