Fev 17, 2016 09:55 Asia/Baku
  • Zərifin Brüsseldə mətbuat konfransı
    Zərifin Brüsseldə mətbuat konfransı

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif vurğulayıb ki, Avropa Birliyi nüvə anlaşmasının icrasına maraq və həmkarlıqlara zəmanətdən əlavə, hazırda digər sahıələrdə İranla həmkarlığa hazırdır.

IRIB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü axşam Brüssel səfərinin başa çatmasından sonra müxbirlər qarşısında bu səfərin hədəf və proqramlarını şərh edib.

Zərif deyib: Nüvə anlaşmasından sonra hərtərəfli həmkarlıq üçün Avropa Birliyi tərəfindən böyük marağın şahidi olacağıq ki, iqtisadi, siyasi və regional əməkdaşlıqlara şamil olur.

Zərif deyib: Avropa Birliyi nüvə anlaşmasının icrasına maraqdan və bir nümunəsi suiftin icra olunması və banklarımızın suiftə qoşulmaları olan həmkarlıqlara zəmanətdən əlavə, hazırda digər həmkarlıqlar, o cümlədən bank əməkdaşlıqları sahəsində işləyir ki, Avropa Parlamentinin sədri, həmçinin xanım Moqerini ilə görüşdə bu barədə danışdıq.

İran xarici işlər nazirinin sözlərinə görə, ifratçılıq, Yəmən və Suriya müharibələri də bu səfərdə barələrində fikir mübadiləsinin aparıldığı digər mövzulardan olub.

Zərif vurğulayıb: Avropa ölkələri ilə daha ətraflı həmkarlıq üçün geniş bir zəmin mövcuddur. Bu ölkələr İranın regiondakı rolu və İranla ciddi əməkdaşlıqlar sahəsini yaxçşıca dərk edibdlər və belə hiss edirik ki, İran ilə Avropanı yaxşı bir gələcək gözləyir.

İran xarici işlər naziri bazar günü Belçika rəsmilərilə görüş və Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış məqsədilə Brüsselə səfər etmişdi.

Teqlər