2016-cı ildə İranın iqtisadi inkişafı
https://azeri.sahartv.ir/news/İran-i208174-2016_cı_ildə_İranın_iqtisadi_inkişafı
İranın Mərkəzi Bankının müdiri cari milad ilində İran iqtisadiyyatının diqqətəlayiq inkişafından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2016 14:53 Asia/Baku
  • 2016-cı ildə İranın iqtisadi inkişafı
    2016-cı ildə İranın iqtisadi inkişafı

İranın Mərkəzi Bankının müdiri cari milad ilində İran iqtisadiyyatının diqqətəlayiq inkişafından xəbər verib.

IRIB-nin məlumatına görə, İranın Mərkəzi Bankının müdiri Vəliyullah Seyf çərşənbə günü deyib ki, beynəlxalq təşkilatlar 2016-cı ildə İranın iqtisadi inkişafının beş-yeddi faiz olacağını proqnoz ediblər.

Vəliyullah Seyf həmçinin Pul və Kredit Şurasının faiz dərəcəsi və kredit faizinin azalması üzrə son qərarlarına işarə edərək, vurğulayıb: Xoşbəxtlikdən, bankların özləri inflyasiya göstəricisinin 40 faizdən on üç faizə enməsinə əsasən, bu nəticəyə gəliblər ki, öz faiz dərəcələrini azaltsınlar və bu məsələ fevralın sonlarında icra olunacaq.