Regional məsələlər barədə Tehran-Moskva məşvərətləri
https://azeri.sahartv.ir/news/İran-i209824-regional_məsələlər_barədə_tehran_moskva_məşvərətləri
Rusiya xarici işlər nazirinin müavini Qafqaz, Mərkəzi Asiya və Xəzər məntəqəsi məsələləri barədə məşvərətlər istiqamətində Tehrana səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2016 08:53 Asia/Baku
  • Regional məsələlər barədə Tehran-Moskva məşvərətləri
    Regional məsələlər barədə Tehran-Moskva məşvərətləri

Rusiya xarici işlər nazirinin müavini Qafqaz, Mərkəzi Asiya və Xəzər məntəqəsi məsələləri barədə məşvərətlər istiqamətində Tehrana səfər edib.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin İran xarici işlər nazirinin Asiya, Okeaniya və MDB məsələləri üzrə müavini İbrahim Rəhimpurla görüşərək, onunla Qafqaz, Mərkəzi Asiya və Xəzər məntəqəsi məsələləri barədə danışıb.

Rusiya xarici işlər nazirinin müavini region hadisələri gedişində iki ölkə əməkdaşlıqlarını önəmli adlandırıb və bu həmkarlıqların nəticələrinə toxunub.

Karasin deyib ki, İran və Rusiyanın regionun durumunu gərginləşdirməyə ehtiyacları yoxdur, buna görə, bu istiqamətdə əməkdaşlıq etməlidirlər.

İran xarici işlər nazirinin Asiya, Okeaniya və MDB məsələləri üzrə müavini də bu görüşdə səbatsızlıq yaradan amillərlə mübarizə üçün iki ölkənin və digər region ölkələrinin həmkarlıqları vacibliyini vurğulayıb.

Rəhimpur İranın Qafqaz və Mərkəzi Asiya ölkələri ilə səmimi əlaqələri və bu ölkələrlə EKO və Şanxay Əməkdaşlıq Təşkilatı qurumları formasında əməkdaşlıqlarına işarə edərək, regionda stabilliyin möhkəmləndirilməsinə kömək və problemlərin aradan qaldırılması üçün İranın əzmkarlığını vurğulayıbdır.