Ərdoğan regional böhranların həllində Türkiyə və İranın əməkdaşlıq etməli olduğunu bildirib
Mart 04, 2016 17:27 Asia/Baku
-
Ərdoğan regional böhranların həllində Türkiyə və İranın əməkdaşlıq etməli olduğunu bildirib
Türkiyə prezidenti bu ölkə baş nazirinin İrana səfəri ərəfəsində iki ölkənin regiondakı böhranların həllində əməkdaşlıq etməsinə təkid edib.
İRNA-nın məlumatına görə, Rəcəb Təyyib Ərdoğan ümidvarlıq edib ki, bu səfər Tehran və Ankara üçün iki ölkənin məqsədlərinə çatması istiqamətində yaxşı nəticələrə malik olsun.
Ərdoğan həmçinin regionda gərginliyin artmasına işarə edərək, deyib: Bu səfərin nəticəsi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir.
Türkiyə baş naziri Əhməd Davudoğlu bu gün yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında Tehrana səfər edəcək.
Türkiyə baş nazirinin İrana səfəri ikitərəfli əlaqələrin genişləndirilməsi, siyasi, iqtisadi və mədəni əməkdaşlıqların möhkəmləndirilməsi məqsədini daşıyır.