İran və Yunanıstan neft satışı müqavilə imzalayıblar
İranın Milli Neft Şirkəti və Yunanıstanın Helink Petrolium Şirkəti neftin satışına yenidən başlamaq üzrə müqavilə imzalayıblar.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, İranın Neft Nazirliyinin Enerji Dairələri ilə əlaqədar və OPEK məsələlərinin idarəçiliyi şöbəsi bir məlumat yayaraq bildirib: Yunanıstanın ən böyük neftayırma şirkəti olaraq Helink Petrolium İran neftinin keçmiş müştərilərindən olmuş və əldə olunan razılaşmaya əsasən, 2016-cı il mart ayının sonuna qədər ilk xam neft yükü bu yunan şirkətinə təhvil veriləcək.
İranın Milli Neft Şirkəti xam neftin satışı üzrə Rusiyanın Lukoil, Fransanın Total və İspaniyanın Sepsa şirkətləri ilə müqavilələr imzaladıqdan sonra, xam neftin satışı məqsədilə Yunanıstanın Helink Petrolium Şirkəti ilə müqavilə imzalayıb.
İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmir Hüseyn Zamaniniya bu barədə deyib: Bundan öncə Helink Petrolium Neft Şirkətinin borcunun ödənməsi və İrandan neftin satın alınması üzrə müştərək addımlar anlaşması imzalanıb.
İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini əlavə edib: Bu anlaşma çərçivəsində Yunanıstanın İrana borcu ödənəcəkdir.