İranın dörd yeni bankı sanksiyaların ləğvi ilə SWIFT-ə qoşulub
Mart 16, 2016 20:19 Asia/Baku
-
İranın dörd yeni bankı sanksiyaların ləğvi ilə SWIFT-ə qoşulub
İran Xarici İşlər Nazirliyinin Siyasət və Beynəlxalq Təhlükəsizlik baş idarəsinin baş direktoru İranın daha 4 bankının Bank və Maliyyə Ödəmələri Xidməti Müəssisəsi SWIFT-ə qoşulduğunu bildirib.
İRNA-nın məlumatına görə, Həmid Bəidinejad deyib: İran əleyhinə sanksiyaların ləğv edilməsi ilə Milli Bankın Bakı, İrəvan, Ticarət bankının Düşənbə və Milli Bankın İraq şöbəsi SWIFT-ə qoşulub.
Bəidinejad əlavə edib: Bu dörd bankın qoşulması ilə indiyə qədər bu müəssisəyə 26 İran bankı qoşulmuşdur və bu beynəlxalq müəssisənin xidmətlərindən istifadə edirlər.