Mart 28, 2016 14:47 Asia/Baku
  • Şəmxani Palmiranın azad edilməsini alqışladı
    Şəmxani Palmiranın azad edilməsini alqışladı

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Suriya ordusu və xalqını İŞİD terrorçuları ilə savaşda uğur qazanmaları və tarixi Palmira(Tadmur) şəhərini işğaldan azad etmələri münasibəti ilə təbrik edib.

İRİB-nin verdiyi məlumata görə, Əli Şəmxani Suriya prezidenti Bəşşar Əsədə ünvanlanmış müraciətdə deyib: Suriya xalqı, dövləti və ordusunun terrorçular və təkfirçilər tərəfindən ələ keçirilmiş ərazilərin azad edilməsi üzrə həqiqi iradəsi və əzmkarlığı alqışa layiqdir. Bu fədakarlıqlar və igidliklər regionun tarixində öz yerini alacaqdır.

Ə.Şəmxani əlavə edib: İran İslam Respublikası hökuməti və silahlı qüvvələri bu yolda Suriya və müqavimət cəbhəsinə olan dəstəyini davam etdirəcəkdir.

Şəmxani İŞİD təhlükəsinin qlobal bir təhlükə olduğunu vurğulayaraq, Suriyanı terrorizm ilə mübarizənin ön cəbhəsi adlandırıb və deyib: Beynəlxalq təşkilatlar və bəzi iddialı dövlətlər yaxşı olar ki, terrorçu qruplaşmaların simasını təmizə çıxartmaq və onların sülh danışıqlarında iştirakına çalışmaq yerinə, öz səylərini Suriya dövləti və xalqının terrorizm əleyhinə mübarizəsini himayə etməyə sərf etsinlər.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi daha sonra ümidvarlıq edib ki, terrorçuların qovulması və Suriyada sabitliyin yenidən bərqərar edilməsi ilə dünya bu ölkənin daha artıq inkişafını və vasitəçi müharibədə müqavimət simvolu olduğunu müşahidə edəcək.

Suriya ordusu və müqavimət qüvvələri bir neçə gün davam edən ağır döyüşlərin ardınca tarixi Palmira şəhərini terrorçuların işğalından azad etməyi bacarıblar.

Palmira şəhəri 2015-ci ilin mayında İŞİD tərəfindən işğal edilmişdi.

Bu şəhərin süqut etməsi və terrorçuların əlinə keçməsi yaşı 2000 ildən çox olan tarixi abidələrinə görə şəhərin taleyi ilə bağlı ciddi nigaranlıqlara səbəb olmuşdu.

YUNESKO şənbə günü Palmira şəhərinin azad edilməsi münasibəti ilə Suriya ordusunun səylərini alqışlayıb.

Teqlər