İran prezidenti Pakistan xalqı və dövlətinə başsağlığı verdi
-
İran prezidenti Pakistan xalqı və dövlətinə başsağlığı verdi
Həsən Ruhani Pakistanda törədilən qanlı terror aktı ilə əlaqədar bu ölkə xalqı və dövlətinə başsağlığı verib.
İran İslam Respublikası prezidenti Həsən Ruhani Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifə ünvanlanmış başsağlığı müraciətində Lahur şəhərində törədilmiş terror aktını qınayıb və deyib: Günahsız insanlar öz varlığını gərginliklərin davam etməsində görənlər tərəfindən qırğın edilirlər.
İran prezidenti Lahur terror aktında ölən və yaralananların ailələri və yaxınlarının kədərinə şərik çıxaraq, Pakistan xalqı və dövləti üçün başucalığı, sabitlik və inkişaf arzu edib.
Bazar günü Pakistanın Pəncab əyalətinin mərkəzi olan Lahur şəhərində, Qolşəne Eqbal parkında törədilən terror aktında 72 nəfərin öldüyü, 312 nəfərin isə yaralandığı bildirilir.