Mart 29, 2016 12:11 Asia/Baku
  • Laricani: İslam dünyasında əmin-amansızlıq sionist rejimin maraqları istiqamətindədir
    Laricani: İslam dünyasında əmin-amansızlıq sionist rejimin maraqları istiqamətindədir

İran İslam Şurası Məclisinin sədri deyib ki, İslam dünyasında əmin-amansızlıq və məzhəbi toqquşma yaratmaq Qüdsü işğal etmiş rejimin, eləcə də İslam ümmətinin birliyi, təhlükəsizliyi və sabitliyi düşmənlərinin maraqları və təhlükəsizliyi istiqamətindədir.

Məclisin xəbər agentliyinin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani Pakistan senatının sədri Rza Rəbbaniyə başsağlığı müraciəti göndrəib. O, bu müraciətdə bir qrup günahsız insanın həyatını itirməsi və yaralanması ilə nəticələnmiş Lahor terror hadisəsini pisləyərək, bildirib: Şübhəsiz, ifratçılıq və terrorçuluq hər bir formada olursa-olsun, müqəddəs İslam dininin prinsip və əsasları, eləcə də İslamın Böyük Peyğəmbəri(s.ə.s)-in xüsiyyəti və yolu ilə təzaddadır.

İranın qanunvericilik hakimiyyətinin sədri vurğulayıb: Pakistanın təhlükəsizliyi və sabitliyini regionun və İslam dünyasının təhlükəsizliyi istiqamətində bilən İran İslam Respublikası regionda davamlı asayişin möhkəmləndirilməsi istiqamətində atılan hər bir addımı dəstəkləyir və hər cür səmərəli anlaşma və həmkarlığa hazırdır.

Bazar günü Pakistanın Lahor şəhərinin "Gülşən İqbal" parkında baş vermiş terror partlayışı azı yetmiş nəfərin həlak olması və üç yüzdən yuxarı insanın yaralanmasına bais olubdur.

Teqlər