Şərqi Azərbaycana bir top mərmisi düşdü; İran Ermənistana rəsmi xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/İran-i213790-Şərqi_azərbaycana_bir_top_mərmisi_düşdü_İran_ermənistana_rəsmi_xəbərdarlıq_etdi
Ermənistandan bir top mərmisinin Şərqi Azərbaycanda bir evə düşməsi ardınca, bu bölgənin sərhəd rəsmiləri Ermənistan tərəfinə öz rəsmi etirazlarını elan ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2016 12:46 Asia/Baku
  • Şərqi Azərbaycana bir top mərmisi düşdü; İran Ermənistana rəsmi xəbərdarlıq etdi
    Şərqi Azərbaycana bir top mərmisi düşdü; İran Ermənistana rəsmi xəbərdarlıq etdi

Ermənistandan bir top mərmisinin Şərqi Azərbaycanda bir evə düşməsi ardınca, bu bölgənin sərhəd rəsmiləri Ermənistan tərəfinə öz rəsmi etirazlarını elan ediblər.

Şərqi Azərbaycan valisinin siyasət və təhlükəsizlik məsələlər üzrə müavini Səid Şəbistəri bu barədə deyib: Ötən gecə Ermənistan və Azərbaycan arasında münaqişə bölgəsində qarşıdurma zamanı bir top mərmisi Xudafərin rayonunun Qulubəyli kəndində evlərdən birinin evinə düşüb. Bu hadisə nəticəsində evə xəsarət dəyib və ətraf evlərin şüşələri də qırılıb. Lakin xoşbəxtlikdən insan tələfatı olmayıb.

O əlavə edib: Hərbi ekspertlərin rəyinə əsasən bu top mərmisi Ermənistan qüvvələri tərəfindən atılıb.

Vilayətin Təminat Şurasının katibi həmçinin sərhəd rəsmilərinin erməni tərəfinə bildirildiyini bəyan edərək deyib: Vilayətin Təmin Şurası tərəfindən lazımi bütün tədbirlər görülüb və iş prosesi Xarici İşlər Nazirliyi və əlaqədar diplomatik qurumlar vasitəsi ilə ciddi şəkildə izlənilməkdədir.

2 apreldə də üç top mərmisinin Xudafərin rayonu kəndlərindən biri yaxınlığına düşməsi nəticəsində Ermənistana rəsmi xəbərdarlıq olunub və İrəvan hadisənin təkrarlanmaması üzrə öhdəlik götürüb.

Bölgədə güclü elektrik sütunlarından birinə xəsarət dəyməsi ilə elektrikin kəsilməsi ilə nəticələnən bu hadisədə xoşbəxtlikdən heç bir maliyyə və can xəsarəti olmayıb.