İran gündə 700 min barel nefti Avropaya ixrac edəcək
İranın neft naziri gündə 700 min barel neftin Avropa ölkələrinə satılması ilə əlaqədar müqavilənin imzalandığını bildirib.
ŞANA-nın məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə Avropa Birliyinin Tehrandakı enerji komissarı Migel Arias Konte ilə görüşdən sonra jurnalislərə verdiyi açıqlamada deyib: İran gündə 700 min barel neftin Avropaya ixracı üzrə müqaviləni imzalayıb və gələn bir neçə aya qədər İranın Avropaya neft ixracı bu həddə çatacaq.
Namdar Zəngənə əlavə edib: Avropa Birliyi İranla uzunmüddətli əməkdaşlığa maraq göstərir və Tehranı enerji təminatı üzrə etibarlı şərik hesab edir.
Neft nazirinin sözlərinə görə, İran nefti və qazının Avropaya ixarcından təxminən 107 ilin keçməsi ilə, heç vaxt İran tərəfindən enerjinin zamanında və yetərincə çatdırılmasında problem yaranmamışdır və avropalılar İranın enerji ehtiyatlarını nəzərdə tuta bilərlər.
Bijən Namdar Zəngənə xatırladıb: İran nefti və qazının Avropaya daha yaxşı şəkildə ixrac olunması və Avropa şirkətlərinin İranın neft, qaz və neft-kimya sənayesində investisiyası üzrə danışıqlar tezliklə başlanacaq.