Türkiyənin Tasam İnstitutu İran prezidentini mükafata layiq görüb
https://azeri.sahartv.ir/news/İran-i215887-türkiyənin_tasam_İnstitutu_İran_prezidentini_mükafata_layiq_görüb
Türkiyənin Tasam Təfəkkür İnstitutu bu institutun "Strateji Baxış" mükafatını İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə layiq görüb. Bu mükafat İstanbulda İranın baş konsuluna təqdim olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2016 15:51 Asia/Baku
  • Türkiyənin Tasam İnstitutu İran prezidentini mükafata layiq görüb
    Türkiyənin Tasam İnstitutu İran prezidentini mükafata layiq görüb

Türkiyənin Tasam Təfəkkür İnstitutu bu institutun "Strateji Baxış" mükafatını İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə layiq görüb. Bu mükafat İstanbulda İranın baş konsuluna təqdim olunub.

İRNA-nın məlumatına görə, bu mükafat ilk dəfə olaraq Türkiyənin Strateji Araşdırmalar Mərkəzi tərəfindən Tasam adı ilə ayıq-sayıq xarici siyasətinə görə bir prezidentə təqdim olunur.

Bu mərkəzin rəhbəri Süleyman Şensoyun ev sahibliyi ilə keçirilən mərasimdə İran İslam Respublikasının İstanbuldakı başkonsulu Möhsün Murtəzayifər, bir qrup ziyalı, alim, yazar, incəsənət xadimi, sənaye və tibb sahəsinin mütəxəssisləri, Türkiyə prezidentinin nümayəndələri iştirak ediblər.

Tasam 1986-cı ildə təsis olunub və 2008-ci ildə Türkiyə 2023 projesi çərçivəsində Türkiyənin strateji baxışı layihəsi o vaxtın prezidenti Abdulla Gülün dəstəyi ilə fəaliyyətə başlayıb.

Strateji Baxış mükafatı Türkiyənin strateji inkişafı, eləcə də sülh və ədalət əsasında öz ölkələrinin Türkiyə ilə münasibətlərində müsbət addımlar atan şəxslərə təqdim olunur.