Amerika Ali Məhkəməsinin hökmü sionist dairələrin nüfuzunun davam etməsinə bir sənəddir
-
Amerika Ali Məhkəməsinin hökmü sionist dairələrin nüfuzunun davam etməsinə bir sənəddir
İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerika Ali Məhkəməsinin İran İslam Respublikasından kompensasiyanın alınmasına dair hökmünü Amerika dövlətində sionist dairələrin nüfuzunun davam etməsinə bir sənəd adlandırıb.
IRNA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari bir bəyanat yayaraq, Amerika Ali Məhkəməsinin İran İslam Respublikasından kompensasiyanın alınmasına dair son hökmünü pisləyib və bu hökmü beynəlxalq hüquq normalarının ilkin əsaslarına zidd adlandırıb.
Cabiri Ənsari vurğulayıb: Amerika Ali Məhkəməsi tərəfindən belə bir hökmün çıxarılması ədalət və qanunun lağa qoyulması deməkdir və ölkə vətəndaşları üçün heç bir haqq yaratmayacaqdır.
İranın diplomatiya idarəsinin sözçüsü belə bir hökmün İran İslam Respublikasının əmlakına əl uzatmaq sayıldığını bildirərək, deyib: Təbii ki, bu hökmün İrana qoyduğu kompensasiyaların ödənişi və vurduğu xəsarətlərin əvəzinin çıxılmasının məsuliyyəti Amerika dövlətinin üzərinə düşəcəkdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Amerika məhkəməsinin hökmü Amerika dövlətinin sionist dairələrdən təsir alması və bu dövlətin İrana qarşı düşmənçilik hərəkətlərinin davam etdiyini göstərir ki, yalnız İranın dövləti və xalqının Amerikanın düşmənçilik siyasətləri ilə bağlı etimadsızlığının artması ilə nəticələnəcək.