İranın 3 hüquq-mühafizə əməkdaşı şəhid olub
https://azeri.sahartv.ir/news/İran-i216430-İranın_3_hüquq_mühafizə_əməkdaşı_şəhid_olub
İran İslam Respublikası hüquq-mühafizə orqanının 3 əməkdaşı silahlılarla toqquşmada şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2016 06:52 Asia/Baku
  • İranın 3 hüquq-mühafizə əməkdaşı şəhid olub
    İranın 3 hüquq-mühafizə əməkdaşı şəhid olub

İran İslam Respublikası hüquq-mühafizə orqanının 3 əməkdaşı silahlılarla toqquşmada şəhid olub.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının komandanı mayor Hüseyn Rəhimi deyib: Silahlıların Xaş rayonunda yoxlama-keçid məntəqəsinə hücumu nəticəsində 3 hüquq-mühafizə əməkdaşı şəhid olub.

Hüseyn Rəhiminin sözlərinə görə, bu hücumda bir nəfər də yaralanıb.

Hüquq-mühafizə komandanı silahlıların həbs olunmasını vurğulayaraq əlavə edib: Hüquq-mühafizə qüvvələri son damla qanına qədər İranın ərazi bütövlüyü və təhlükəsizliyini müdafiə edəcəklər.