İranın neft-kimya məhsullarının ixracat həcmi artır
May 08, 2016 16:36 Asia/Baku
İranın neft nazirinin müavini İranın neft-kimya məhsullarının ixracat həcminin 26% artmasından xəbər verib.
İRNA-nın verdiyi məlumata görə, Mərziyə Şahdani bazar günü Tehranda 21-ci beynəlxalq neft sənayesi sərgisinin kənarında, mətbuat konfrasında deyib: sanksiyaların ləğv edilməsindən sonra İranın neft-kimya məhsullarının dünya bazarına ixracatı sadələşdirilib. bununla da İranın neft-kimya məhsulları ixracatı 26% artıb.
İranın neft-kimya sənayesi milli şirkətinin icraçı direktoru əlavə edib: Sanksiyaların ləğv edilməsindən sonra İranın neft-kimya məhsulları dünyanın bütün bazarlarına o cümlədən Avropa və Amerikaya ixrac edilir.
Ötən cümə axşamı Tehranda işə başlayan 21-ci beynəlxalq neft sərgisi cümə günü başa çatıb.