May 23, 2016 18:54 Asia/Baku
  • İran, Hindistan və Əfqanıstan arasında Çabəhar sənədi
    İran, Hindistan və Əfqanıstan arasında Çabəhar sənədi

İran, Hindistan və Əfqanıstan arasında beynəlxalq nəqliyyat və keçid dəhlizinin yaradılması üzrə strateji anlaşma Çabəhar Anlaşması üç ölkə prezidentinin iştirakı ilə imzalanıb.

İran prezidenti cənab Həsən Ruhani Hindistan baş naziri ilə mətbuat konfransında deyib: Çabəhar cənub, şərq, cənub və şimal arasında tranzit təhlizinin başlanğıcı olacaqdır və Çabəhar-Zahidan dəmiryolunun tamamlanması, sonra Zahidan-Sərəxs dəmiryolunun yekunlaşması ilə bu liman müxtəlif ölkələr, o cümlədən Hindistanın Əfqanıstan, Orta Asiya ölkələri, Qafqaz və Şərqi Avropa ilə birləşmə nöqtəsinə çevrilə bilər.

Prezident Çabəhar sənədinin imzalanmasını Tehran, Yeni Dehli və Kabil tərəfindən region və dünya üçün müraciət adlandırıb və deyib: Region ölkələrinin inkişaf yolu müştərək əməkdaşlıq və regional fürsətlərdən istifadə sayəsindədir.

Prezident əlavə edib: Üçtərəfli anlaşmada digər ölkələrin iştirakı və fəaliyyətinə şərait açıqdır və gələcəkdə digər ölkələr də bu əməkdaşlıq sənədinə qoşula bilərlər.

Teqlər