İran prezidenti Urmiyədə
-
İran prezidenti Həsən Ruhani
İran İslam Respublikası prezidenti 28-ci əyalət səfəri çərçivəsində bazar ertəsi günü Urmiyə şəhərinə daxil olub və 2 gün müddətinə Qərbi Azərbaycan əhalisinin qonağıdır.
İran İslam Respublikası prezidenti cənab Həsən Ruhani bazar ertəsi günü Urmiyə şəhərinə daxil olub. Prezident Urmiyə hava limanında Qərbi Azərbaycan rəsmiləri tərəfindən qarşılanıb.
Prezidentin Qərbi Azərbaycan əyalətinə səfəri çərçivəsində 20 trilyon 790 milyard riyal sərmayə qoyuluşu ilə 341 abadlıq layihəsi istifadəyə veriləcək.
Qərbi Azərbaycan əyalətinin valisi Qurbanəli Səadət Təxti adına stadionda prezident ilə xalq arasında baş tutan görüşdə deyib: Bundan öncə əyalət üçün təhdid hesab olunan Urmiyə gölü məsələsi 11-ci dövlətin gördüyü tədbirlər sayəsində artıq fürsətə çevrilib və gölün qurumuasının qarşısının alınması ilə yanaşı, gölün quruması prosesi artıq nəzarət altına alınmışdır.