Ruhaninin İnqilab Rəhbərinə hesabatı: İranın ticarət balansı müsbət olub
https://azeri.sahartv.ir/news/İran-i221380-ruhaninin_İnqilab_rəhbərinə_hesabatı_İranın_ticarət_balansı_müsbət_olub
İran prezidenti deyib ki, nüvə müzakirələrində İran xalqının nüvə hüququ təsbit olundu və zalımcasına qətnamələr ləğv edildi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2016 05:42 Asia/Baku
  • Ruhaninin İnqilab Rəhbərinə hesabatı
    Ruhaninin İnqilab Rəhbərinə hesabatı

İran prezidenti deyib ki, nüvə müzakirələrində İran xalqının nüvə hüququ təsbit olundu və zalımcasına qətnamələr ləğv edildi.

Həsən Ruhani dünən axşam ölkənin üç hakimiyyət qüvvəsinin başçıları, məsul şəxslər, eləcə də ölkə və ordunun müxtəlif orqanlarının baş müdirlərindən bir qrupunun İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei ilə görüşü zamanı sanksiyaların ləğvindən sonrakı ilk addımı neft ixracatı bazarına çıxma adlandırıb və deyib ki, bu sahədə İran təqribən sanksiyadan qabaqkı şəraitə yaxınlaşıbdır.

Ruhani kondensat istehsalının gündə 370 min barreldən son aylarda gündə 390 min barrelə çatdığını bəyan edərək, əlavə edib: Xam neft ixracatı gündə iki milyon barrelədək artıb, neft hasilatı da 2,7 milyon barreldən 3,8 milyon barrelə çatıb.

İran prezidenti dövlətin iqtisadi sahədəki fəaliyyəti haqda da belə qeyd edib: Dövlət inflyasiyaya nəzarət və onun aradan qaldırılmasını ön plana çəkib və inflyasiyanı təqribən iki il bundan qabaqkı 40,1 faizdən ötən ilin sonunda 11,9 faizə çatdıra bilibdir və gələn ayda da inflyasiya təkrəqəmli olacaq.

İran prezidenti deyib: Xarici ticarət sahəsində müsbət dəyişiklik baş verib və orta hesabla ötən səkkiz ildə İranın ticarət balansı mənfi 25 milyard dollar olub, amma ilk dəfə olaraq ticarət balansı müsbət olubdur. O, vurğulayıb ki, ötən ildə 60 ildən sonra ilk dəfə İranın qeyri-neft ixracatı qeyri-neft idxalatını qabaqlayıbdır.

Ruhani bildirib ki, keçən ildən İslam İnqilabının Böyük Rəhbərinin göstərişi ilə Müqavimət İqtisadiyyatı üzrə baş qərargah təşkil olunub. O, deyib: Bu qərargah indiyədək 19 iclas təşkil edib və 110 layihəni ön plana çəkibdir.