Tehranda "7 tir" terror aktının ildönümü
https://azeri.sahartv.ir/news/İran-i223078-tehranda_7_tir_terror_aktının_ildönümü
Bu gün Tehranda sabiq Cümhuri İslami partiyasının ofisində terror aktının 36-cı illiyidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2016 07:35 Asia/Baku
  • Ayətullah Məhəmməd Hüseyni
    Ayətullah Məhəmməd Hüseyni

Bu gün Tehranda sabiq Cümhuri İslami partiyasının ofisində terror aktının 36-cı illiyidir.

1981-ci il 27 iyunda Tehranda Cümhuri İslami partiyasının toplantı zalında dəhşətli bomba partlayışı nəticəsində İranın Ali Divanının rəhbəri Ayətullah Məhəmməd Hüseyni Behişti və İranın siyasi və dini şəxsiyyətlərindən 72 nəfərlə birlikdə (4 nazir, 12 nazir müavini, təxminən 30 deputat) Münafiqlər terror qruplaşmasının ünsürləri tərəfindən şəhid edildi.

7 tir (27 iyun) terror aktı İran İslam İnqilabının qələbəsindən sonrakı ilk illərdə Münafiqlər terror qruplaşmasının hərəkətlərindən təkcə biridir. Bu terror aktı Tehranın Əbuzər məscidində İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin canına sui-qəsddən düz bir gün sonra baş verdi.

1981 və 1987-nin iyununda ABŞ-ın dəstəyi ilə İranda terror aktları törədildi. İslam İnqilabının Böyük Rəhbərinin tövsiyəsi ilə Amerikanın insan haqlarının ifşası adı altında həftə tənzimləndi.

İraqın Bəəs rejimi tərəfindən Sərdəştin kimyəvi bombardman edilməsinə dəstək, 290 sərnişinin şəhid olması ilə nəticələnən İranın sərnişin təyyarəsini raketlə vurmaq Amerikanın 21-27 iyunda İran əleyhinə insanlığa qarşı hərəkətlərindəndir.

ABŞ-ın İraqa hücumu və Səddam rejimiin devrilməsindən sonra, Münafiqlər terror qruplaşmasının ünsürləri hələ də ABŞ və Avropanın dəstəyinə malikdir.