İran və Türkiyə prezidentləri əlaqələrin genişləndirilməsini vurğulayıblar
https://azeri.sahartv.ir/news/İran-i224266-İran_və_türkiyə_prezidentləri_əlaqələrin_genişləndirilməsini_vurğulayıblar
İran və Türkiyə prezidentləri ikitərəfli və regional sahələrdə iki ölkə əməkdaşlıqlarının genişləndirilməsini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2016 06:23 Asia/Baku
  • İran və Türkiyə prezidentləri əlaqələrin genişləndirilməsini vurğulayıblar
    İran və Türkiyə prezidentləri əlaqələrin genişləndirilməsini vurğulayıblar

İran və Türkiyə prezidentləri ikitərəfli və regional sahələrdə iki ölkə əməkdaşlıqlarının genişləndirilməsini vurğulayıblar.

İran prezidenti Həsən Ruhani çərşənbə axşamı günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində səadətli Fitr bayramı münasibəti ilə onu, bu ölkə dövləti və xalqını təbrik edərək bildirib: Tehran-Ankara əlaqələrinin bütün sahələrdə maksimum genişlənməsi üçün şərait vardır.

Ruhani bildirib: İran və Türkiyə çoxlu ortaqlıqlarla regional problemlərin həlli, xüsusilə də terrorizmlə mübarizə üçün bir-birinin kənarında çalışmalıdırlar.

İran prezidenti həmçinin İstanbulun Atatürk Beynəlxalq Hava Limanında son terror aktlarından təəssüflənərək əlavə edib: İran və Türkiyə terrorizmlə mübarizə üçün yaxın əməkdşalığa ehtiyaclıdır və əgər bir-birinin kənarında hərəkət edərlərsə, regionda terrorizmin köklərini quruda bilərlər.

Türkiyə prezidenti də bu telefon söhbətində İstanbuldakı terror aktına görə İran dövləti və xalqının Türkiyə dövləti və xalqının dərdinə şərik çıxmasına görə təşəkkürünü bildirib və səadətli Fitr bayramı münasibəti ilə təbrik edərək deyib: Türkiyə hökuməti Tehran-Ankara müştərək əməkdaşlıqların genişləndirilməsini dəstəkləyir.

Rəcəb Tayyib Ərdoğan Pakistan, İraq, Əfqanıstan, Suriya və Fələstində terrorizmlə hərtərəfli mübarizənin vacibliyini vurğulayaraq deyib: İran və Türkiyənin bu sahədə əməkdaşlıqlarının genişləndirilməsi vacibdir.