Qasemi: Ərəbistan dövləti Mina faciəsinə görə cavabdeh olmalıdır
https://azeri.sahartv.ir/news/İran-i228136-qasemi_Ərəbistan_dövləti_mina_faciəsinə_görə_cavabdeh_olmalıdır
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Ərəbistan dövləti ötən il Minada baş vermiş faciəyə görə ciddi şəkildə cavabdeh olmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2016 04:31 Asia/Baku
  • Ərəbistan dövləti Mina faciəsinə görə cavabdeh olmalıdır
    Ərəbistan dövləti Mina faciəsinə görə cavabdeh olmalıdır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Ərəbistan dövləti ötən il Minada baş vermiş faciəyə görə ciddi şəkildə cavabdeh olmalıdır.

Bəhram Qasemi çərşənbə günü jurnalistlərə verdiyi müsahibədə ötən il Minada baş vermiş faciəyə görə Ərəbistan dövlətinin məsuliyyət daşıdığını deyərək, buna görə cavabdeh olduqlarını bildirib. 

B.Qasemi 120 Mina faciəsi şəhid ailəsi tərəfindən İranın xarici işlər nazirinə məktubun ünvanlandığını xatırladaraq , deyib: İranın Xarici İşlər Nazirliyi bu faciənin siyasi və hüquqi müstəvidə və beynəlxalq vəsiyyədə araşdırılmasını öz iş gündəminə daxil edib. 

İranın Xarici İşlər Nazirliyi həmçinin bildirib: Bu istiqamətdə məsələnin beynəlxalq təşkilatlarda gündəmə gətirilməsi ilə yanaşı, tanınmış yerli və beynəlxalq hüquqşünaslar ilə məsləhətləşmələrin aparılması yolu ilə Mina faciəsində Ərəbistanın məsuliyyət daşımasının təsbit edilməsinə səy göstərilir. 

Ötən il həcc mərasimi zamanı Qurban bayramı ilə bir vaxtda(24 sentyabr 2015) Minada qanlı faciə baş verdi. Bu faciədə 464-ü iranlı olmaqla minlərlə zəvvar həyatını itirdi.