Övhədi Mina faciəsinin izlənildiyini deyib
-
Səid Övhədi
İranın Həcc və Ziyarət Təşkilatının sədri İranın əlaqədar qurumlarının Mina faciəsinin izlənilməsi üzrə prosesin davam etdirildiyini bildirib.
İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Övhədi İRİB-lə müsahibədə Mina faciəsi barədə istənilən vasitəçiliyi rədd edib və deyib: İranın Xarici İşlər Nazirliyi, Məhkəmə Hakimiyyəti və Həcc və Ziyarət Təşkilatı İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərinə əsasən məsələni hüquqi şəkildə izləyirlər.
Övhədi əlavə edib: Bəzi islam və Avropa ölkələrində beynəlxalq hüquqşünaslar və vəkillər Mina faciəsi qurbanlarının işini müdafiə etmək üçün öz hazırlıqlarını bildiriblər və İranın XİN və Həcc və Ziyarət Təşkilatının ekspertlərindən ibarət bir qrup bu barədə bəzi islam və Avropa ölkələri, o cümlədən Fransaya səfər edəcəklər.
İranın Həcc və Ziyarət Təşkilatının sədri Mina faciəsi qurbanlarının ildönümünün keçirilməsi barəsində deyib: bu mərasim 7 komitədən ibarət Şəhid və Fədakarların məsələləri üzrə müəssisənin rəhbərliyi ilə keçiriləcək.
Minlərlə zəvvar, o cümlədən 464 iranlı zəvvar ötən il Qurban bayramı günü Mina diyarında Həcc mərasimlərini yerinə yetirərkən Ali-Səud rəsmilərinin səhlənkarlığı nəticəsində həyatını itirdi.