Avq 14, 2016 17:24 Asia/Baku
  • Şəmxani: İran öz sərhədlərində hər hansı hərəkətlə qarşılaşacaq
    Şəmxani: İran öz sərhədlərində hər hansı hərəkətlə qarşılaşacaq

İranın ali milli təhlükəsizlik şurasının katibi deyib: Sərhədlərdə davamlı təhlükəsizlik İranın qırmızı xəttidir və hərbi və təhlükəsizlik qüvvələri sərhədlərdə hər hansı hədələyici hərəkətə qarşı reaksiya verəcək.

İranın ali milli təhlükəsizlik katibi Əli Şəmxani bu gün Tehranda İraqın Kürdüstan bölgəsinin daxili işlər naziri Kərim Səncari ilə görüşündə deyib: İranın İraqın mərkəzi dövlətinin strategiyaları çərçivəsində Kürdüstan bölgəsinə dəstəyi dəyişməzdir və daima çətin anlarda davam etdirilmişdir. 

Şəmxani İran ilə İraqın Kürdüstan bölgəsi ilə müştərək sərhədlərdə təhrikamiz hərəkətlərin artmasından nigaran qaldığını bildirərək deyib: İraqda bütün etnuslar və dinlərin müştərək təhdidi olan təkfirçi terrorizmin fəaliyyəti göstərdi ki, davamlı təhlükəsizlik bütöv İraqın güclənməsi ilə təmin oluna bilər. 

 

Şəmxani vahid İraq çərçivəsində müxtəlif kürd qruplar arasında ortaq mövqelərin İraqın Kürdüstan bölgəsində siyasi və iqtisadi quruluşun güclənməsinə təminat verəcəyini vurğulayaraq bölgənin başçısı Məsud Barizaninin qarşılıqlı əlaqələrin inkişafındakı rolunu yüksək qiymətləndirib. 

İranın ali milli təhlükəsizlik şurasının katibi deyib: İraq düşmənləri terrorizm cəriyanını aşkar və gizli şəkildə himayə edərək İraqın maliyyə və insani potensiallarını terrorizm ilə mübarizəyə yönəltmiş olur və beləliklə bu ölkənin regional güc kimi siyasi, iqtisadi və təhlükəsizlik sahələrindəki rolunu məhdudlaşdırırlar. 

İraq Kürdüstanının daxili işlər naziri Kərim Səncari də İran İslam Respublikasının İraq Kürdüstanına siyasi, iqtisadi və təhlükəsizlik dəstəyini yüksək qiymətləndirərək İraq Kürdüstanının İranla müştərək sərhədlərin təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşdığını vurğulayıb. 

Kərim Səncari İraq Kürdüstanının ən əsas prioritetinin təkfirçi terrorizm ilə qəti mübarizə olduğunu bildirərək deyib: İran İraqın strateji müttəfiqi olaraq terrorizm ilə mübarizədə təməl rola malikdir. 

Teqlər