Rusiya prezidentinin nümayəndəsi İran xarici işlər nazirinin müavini ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i229780-rusiya_prezidentinin_nümayəndəsi_İran_xarici_işlər_nazirinin_müavini_ilə_görüşüb
Rusiya Federasiyası prezidentinin nümayəndəsi və İran xarici işlər nazirinin müavini regional proseslər və ikitərəfli əlaqələri araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2016 10:46 Asia/Baku
  • Cabiri Ənsari- Mixail Boqdanov
    Cabiri Ənsari- Mixail Boqdanov

Rusiya Federasiyası prezidentinin nümayəndəsi və İran xarici işlər nazirinin müavini regional proseslər və ikitərəfli əlaqələri araşdırıblar.

İRNA-nın məlumatına görə, ötən gecə Tehrana gələn Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Mixail Boqdanov bu gün İran xarici işlər nazirinin Ərəb və Afrika məsələləri üzrə müavini Sadiq Hüseyn Cabiri Ənsari ilə görüşdə iki ölkənin terrorizmlə mübarizə üzrə əməkdaşlıqlarının irəlilədilməsi və Suriya böhranının siyasi həlli barəsində danışıqlar aparıb.

Bu arada Rusiya prezidenti Vladimir Putinin nümayəndəsi bu gün günortadan sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə də görüşərək danışıqlar aparacaq.