66 naməlum şəhidin cənazəsi İrana gətirildi
https://azeri.sahartv.ir/news/İran-i231905-66_naməlum_şəhidin_cənazəsi_İrana_gətirildi
Müqəddəs Müdafiə dövrünə aid olan 66 naməlum şəhidin cənazəsi Ərvəndrud su yolu ilə Abadan limanına gətirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2016 11:08 Asia/Baku
  • 66 naməlum şəhidin cənazəsi İrana gətirildi
    66 naməlum şəhidin cənazəsi İrana gətirildi

Müqəddəs Müdafiə dövrünə aid olan 66 naməlum şəhidin cənazəsi Ərvəndrud su yolu ilə Abadan limanına gətirilib.

İRNA-nın məlumatına görə, şəhid prezident Məhəmməd Əli Rəcayi və şəhid baş nazir Məhəmməd Cavad Bahünərin şəhadətinin ildönümü günündə İrana gətirilən bu naməlum şəhidlərin cənazələri İraqın cənubunda, Müqəddəs Müdafiə dövrünə aid əməliyyat məntəqələrində aşkar edilib. 

Şəhidlərin cənazələri İrana gətirildikdən sonra, Xuzestan ostanı rəsmiləri və əhali tərəfindən geniş formada qarşılanıb.