Mina faciəsinin hüquqi cəhətdən izlənilməsi vurğulanıb
https://azeri.sahartv.ir/news/İran-i232226-mina_faciəsinin_hüquqi_cəhətdən_izlənilməsi_vurğulanıb
İran xarici işlər nazirinin konsulluq, məclis və xaricdə yaşayan iranlıların işləri üzrə müavini Mina faciəsinin hüquqi cəhətdən izlənilməsinin davam etdirilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2016 06:21 Asia/Baku
  • Mina faciəsinin hüquqi cəhətdən izlənilməsi vurğulanıb
    Mina faciəsinin hüquqi cəhətdən izlənilməsi vurğulanıb

İran xarici işlər nazirinin konsulluq, məclis və xaricdə yaşayan iranlıların işləri üzrə müavini Mina faciəsinin hüquqi cəhətdən izlənilməsinin davam etdirilməsini vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin Diplomatiya Baş İdarəsinin məlumatına görə, İran xarici işlər nazirinin konsulluq, məclis və xaricdə yaşayan iranlıların işləri üzrə müavini Həsən Qəşqavi dünən Tehranda şəhid ailələrindən bir neçəsi ilə görüşdə əlavə edib: İran İslam Respublikası nümayəndəliklərinin başçıları, zəvvarları Mina faciəsində həyatını itirmiş ölkələrin başçıları və siyasi rəsmiləri ilə müzakirə etməyə borcludurlar.

Qəşqavi bildirib ki, İranın diplomatiya aparatının nümayəndələri Mina faciəsi haqda indiyədək dünya səviyyəsində xarici tərəflərlə 570 rəsmi və qeyri-rəsmi görüş keçiriblər.

O, deyib: Mina faciəsində nəticənin alınması üçün münasib zəmin yaranıbdır.

İran xarici işlər nazirinin konsulluq, məclis və xaricdə yaşayan iranlıların işləri üzrə müavini söyləyib: İran İslam Respublikasının Ciddədəki baş konsulu Mina faciəsi ailələrinin vəkili kimi 28 səud vəkili ilə görüşdə Ərəbistana qarşı şikayətin qaldırılması məsələsini irəli sürüb və sonda bu vəkillərdən ikisi ilə məhkəmə şikayətinin verilməsi tərzi barədə nəticəyə çatıbdır.

Minlərlə zəvvar, o sıradan 464 iranlı zəvvar 2015-ci il sentyabrın 24-nə təsadüf edən ötən ilin qurban bayramında Mina diyarında həcc mərasimini həyata keçirərkən Ali-Səud başçılarının səriştəsizliyi ucbatından öz həyatını itirdi.