İranda Ərəfə duası mərasimi keçirilir
-
İranda Ərəfə duası mərasimi keçirilir
İranda feyzlə dolu Ərəfə duası mərasimi keçirilir.
İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Övhədi deyib: Ərəfə duası mərasimi bazar gnü saat 15:00-dan Mina hadisəsinin məzlum şəhidlərinin xatirəsinə İranın şəhidlər xiyabanları və müsəllalarında keçiriləcək.
İRİB-in məlumatına görə, Səid Övhədi əlavə edib: Tehranda Ərəfə duası mərasimi İmam Xomeyni (rə) müsəllasında keçiriləcək və İslam İnqilabının Böyük Rəhbəri ofisinin məsulu Qazi Əsgər bu mərasimdə çıxış edəcək.
İranda builki Ərəfə duası mərasimi elə bir halda keçirilir ki, Ali-Səud rejimi bu il İran zəvvarlarının Həcc mərasiminə getməsinin qarşısını alıb.
İranlı hacılar hər il bu gündə Ərəfat diyarına daxil olduqdan sonra Ərəfat səhrasında müşriklərdən bəraət mərasimi keçirərək Ərəfə duasını zümzümə edirdilər.
Qeyd edək ki, ötən il Allah Evi zəvvarlarından minlərlə nəfər, o cümlədən yüzlərlə iranlı zəvvar Minada yolun bağlanmasına görə, izdiham nəticəsində və Ərəbistan rəsmilərinin səriştəsizliyi ilə hadisə ilə üzləşdi və dünyasını dəyişdi.