İranın qərbində bir terror qrupu məhv edilib
-
İranın qərbində bir terror qrupu məhv edilib
İran İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) quru qoşunlarının komandanı əks-inqilabçı və terrorçu qruplara asılı olan bir dəstənin məhv edildiyi və 12 yaraqlının öldürüldüyünü bildirib.
SepanNews-un verdiyi məlumata görə, Sepahın quru qoşunlarının komandanı general mayor pasdar Məhəmməd Pakpur çərşənbə axşamı günü bu xəbəri verərək bildirib ki, Sepahın quru qoşunlarının və yerli qüvvələrin diqqəti nəticəsində ABŞ və sionist rejimin dəstəklədiyi əks-inqilabçı və terrorçu qrupların tabeliyində olan bir silahlı xuliqan dəstə ölkədə təhlükəsizliyi pozmaq məqsədi ilə islami İrana nüfuz etməyə cəhd göstərərkən Kirmanşah ostanının sərhəd bölgəsində müəyyənləşdirilib.
General Pakpur deyib: Terrorçu dəstənin mühasirəyə alınması və güclü toqquşmanın baş verməsindən sonra 12 nəfərdən ibarət olan bu dəstə tamamilə məhv edilib.
Sepahın quru qoşunlarının komandanı deyib: Sepah döyüşçülərinin vaxtlı vaxtında və qətiyyətli təşəbbüsü, eləcə də yerli qüvvələrin əməkdaşlığı ilə bu əməliyyat nəticəsində terrorçular və yaraqlı xuliqanlardan külli miqdarda silah sursat götürülüb.