İran prezidenti Vyetnama daxil oldu
https://azeri.sahartv.ir/news/İran-i238250-İran_prezidenti_vyetnama_daxil_oldu
İran İslam Respublikası prezidenti Vyetnam rəsmiləri ilə görüşmək üçün Hanoya daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2016 16:22 Asia/Baku
  • İran prezidenti Vyetnama daxil oldu
    İran prezidenti Vyetnama daxil oldu

İran İslam Respublikası prezidenti Vyetnam rəsmiləri ilə görüşmək üçün Hanoya daxil olub.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani cənub-şərqi Asiya ölkələrinə səfərinin ilk turunda siyasi və iqtisadi heyətin müşayiəti ilə Vyetnam paytaxtı Hanoya daxil olub və Vyetnam rəsmiləri və İran səfirliyinin diplomatları tərəfindən qarşılanıb.

İran heyətinin bu gün proqramı yoxdur. Lakin bundan öncə Vyetnama daxil olan İranın iqtisadi və özəl sektoru heyəti Vyetnam heyətləri ilə müzakirələri davam etdirirlər.

Sabah İran və Vyetnamın əməkdaşlıq sənədinin imzalanma mərasimi keçiriləcək.