Qasimi: Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərəkəti hərbi cinayət olaraq araşdırılmalıdır
-
Bəhram Qasimi
İİR diplomatiya aparatının sözçüsü deyib: Səudiyyə Ərəbistanının son günlər Yəməndə mülkilərə qarşı törətdiyi qırğın hərbi cinayət olaraq beynəlxalq məhkəmələrdə mütləq araşdırılmalıdır.
Bəhram Qasimi İRİB-nin müxbirinə verdiyi müsahibədə deyib: Ali-Səud rejiminin Yəmənə qarşı aşkar təcavüzü və vəhşiliklə həyata keçirdiyi hücum yeni hadisə deyil, çoxdandır müdafiəsiz Yəmən xalqına qarşı bu kimi rəhmsiz hücumların şahidiyik.
Qasimi deyib: Ali-Səud başçıları son bir il ərzində Yəmənə qarşı başlatdıqları təcavüzdən gözlədikləri nəticəni əldə edə bilmədiklərinə, xalqın müdafiəsi nəticəsində nakam qaldıqlarına görə, Yəmən xalqına qarşı daha sərt hərəkətləri planlaşdırıblar.
Qsimi deyib: Səudiyyə qırıcılarının iki gün öncə yüzlərlə insanın həlak olması və yaralanmasına gətirib çıxaran Yəməndə yas mərasiminə qarşı hücumu dövrümüzün böyük faciələrindən biri kimi qeyd olunmalıdır.
İİR XİN sözçüsü deyib: Təəssüflər olsun ki, hərbi cinayət adlandırılmalı olan Yəmən xalqına qarşı bu qırğınlar ABŞ başda olmaqla, bəzi qərb dövlətləri tərəfindən Səudiyyə Ərəbistanının ixtiyarına verilən silahlar vasitəsi ilə həyata keçir və onların qorxunc silahları beləcə günahsız insanların canını alır.
Qasimi əlavə olaraq deyib: Yəməndə mülkilərə qarşı qırğın elə bir şəraitdə törədilir ki, insan haqları mövzusundan söz gedir, amma beynəlxalq ictimaiyyətin bu faciəyə münasibəti qənaətbəxş deyil və səudların bu cinayətinə qarşı mövqe bildirmələr baş verən faciənin miqyasına uyğun deyil.
İİR XİN sözçüsü Yəmən faciəsində canını itirənlərin yaxınlarına baş sağlığı verərək İran xalqı və dövlətinin Yəmənə humanitar yardımlarının göndərilməsinə hazırlığın olduğunu bildirib.
İran diplomatiya aparatının sözçüsü deyib: Təəssüflər olsun ki, Yəmənin mühasirədə olduğuna görə, bu ölkəyə yardım imkanı yoxdur, əlbəttə dünən BMT-nin nəzarəti altında, Yəmənə xüsusilə dərman yardımlarının göndərilməsi və yəmənli yaralıların İran yaxud başqa hər hansı ölkənin xəstəxanalarına köçürülmələri üçün təhlükəsiz hava dəhlizinin yaradılmasını təklif etdik.
Qasimi bir daha Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı son qırğınının böyük faciə olduğunu bildirərək deyib: Biz bu kimi mövzularda şüarlar verməklə məşğul olan beynəlxalq ictimaiyyətin və hüquq müdafiə qurumlarının səudların son cinayətini hərbi cinayət kimi gündəmə gətirmələrini istəyirik.
Qasimi deyib: Beləliklə beynəlxalq təşkilatlar dünyanın müxtəlif yerlərində xüsusilə bizim regionda nəhs məqsədlər güdən, günahsız insanların canlarını alan dölətləri cilovlaya biləcəklər.
İranın XİN sözçüsü deyib: Təcavüzkar səudiyyə dövləti ilə qarşılaşmaq üçün beynəlxalq hüquqda bir çox yollar var və BMT bu xüsusda bir çox vasitələrdən istifadə edə bilər.
İİR XİN sözçüsü deyib: Keçmişdə də super güclər və BMT bəzi təcavüzkar ölkələrlə qarşılaşıblar, səudların Yəmən xalqını qırğın etməsinə qarşı da lazımı iradə nümayiş etdirsələr, bir çox yollar mövcuddur.
Qasimi deyib: Dünyada Səudiyyə Ərəbistanı dövlətinin Yəmənə qarşı təcavüzlərini xüsusilə bu dövlətin uşaqları qırğın etməsini araşdırmalı olan bir çox məhkəmələr var və bir neçə şüar vermək və formal mövqe bildirməklə Səudiyyə Ərəbistanının cinayətlərindən yan keçmələri qəbuledilməzdir.
İİR XİN-in rəsmi nümayəndəsi amerikanların səudların Yəmən xalqına qarşı koalisiyaya dəstək məsələsini araşdırmaqda olduqlarına dair bəyanatlara münasibət bildirərək deyib: Danışmaq həmişə asandır, önəmli olan ölkələrin əməlidir. Amerika nə kimi təşəbbüs göstərəcək? ABŞ-ın bu barədə mövqeləri kafi deyil.
Qasimi "Bu qədər silah hansı ölkələr və dövlətlər tərəfindən Səudiyyə Ərəbistanına axıdılır?"-sualına diqqət çəkərək deyib: Avropa parlamenti və digər qurumları, eləcə də bəzi hüquq müdafiə mərkəzlərinin tövsiyələrinə rəğmən, hələ də Səudiyyə Ərəbistanına ölümcül silahların göndərilməsi davam edir, halbuki, bir ildir bir çox beynəlxalq təşkilat səudların törətdikləri cinayətlərə dair xəbərdarlıq edir və Amerikanın bu ölkəyə silah satışını dayandırmasını istəyirlər.
İran xarici diplomatiya idarəsinin sözçüsü deyib: Sözdə bəzi mövqelər bildirilsə də, əməldə heç bir hadisənin baş verməməsi belə bir təssəvvür yaradır ki, biz ikili standartlarla qarşı-qarşıyayıq, dildə bir şey söyləyir, əməldə isə başqa hərəkət edirlər, bu isə qəbulolunmazdır.
Qasimi deyib: Bu cinayətlə qarşılaşmağın yeganə yolu, beynəlxalq birlik əsasında Səudiyyə Ərəbistanına sanksiyaların tətbiq edilməsi, bu dövlətə silah satışının dayandırılması və onun hərəkətlərinin pislənilməsindən ibarətdir.