İranın neft istehsalının həcmi sanksiyalardan öncəki miqdara yaxınlaşıb
Okt 17, 2016 21:02 Asia/Baku
İran İslam Respublikasının neft naziri deyib: BƏRCAM-ın icrası ilə İranın neft istehsalının həcmi sanksiyalardan öncəki miqdara yəni gündəlik 4 milyon 200 min barrelə yaxınlaşıb.
İRNA-nın verdiyi məlumata görə, Bijən Namdar Zəngənə bu gün Tehranda müxbirlərə verdiyi açıqlamada deyib: İranın neft istehsalının həcmi gündəlik 4 milyon barrelə çatıb, bu isə sanksiyalardan öncəki dövrə yaxınlaşması deməkdir.
İranın neft naziri həmçinin yeni neft müqavilələrinin icrası qarşısında duran maneələrdən də danışıb: Yeni müqavilələr qarşısında bank problemləri yoxdur, bütün səylər bu sahədə hər hansı ehtimal olunan maneələrin aradan qaldırılmasına yönələcək.