Okt 19, 2016 20:58 Asia/Baku
  • EKO-nun strateji proqramı hazırlanır
    EKO-nun strateji proqramı hazırlanır

İranın iqtisadiyyat və maliyyə naziri EKO iqtisadi əməkdaşlıqları təşkilatına üzv ölkələrin strateji proqramının hazırlanmasından xəbər verib.

Əli Təyyibniya bu gün Tehranda EKO-ya üzv ölkələrin gömrük rəislərinin 7-ci iclasında etdiyi çıxışında deyib: 2016-cı miladi ili elə bir şəraitdə sona çatmaq üzərədir ki, region ölkələrinin iqtisadi inkişaf göstəricisi ürəkaçan deyil. 

Təyyibniya deyib: Terrorizmin mütəşəkkil qaydada inkişafı orta şərq ölkələrini ciddi böhranla üzləşdirib və bu heç şübhəsiz EKO-ya üzv ölkələrin iqtisadi fəaliyyətlərinə mənfi təsir edir.

İranın İqtisadiyyat və maliyyə naziri deyib: İqtisadi inkişaf ilə bir başa əlaqədə olan xarici ticarətin inkişafına xüsusi diqqət və ixracat və idxalatın artması EKO ölkələrinin mənafelərinə xeyli səmər verəcəkdir. 

Təyyibniya deyib: Yeni istehsal metodları, rəqabətə uyğunluq, məhsuldarlığın artırılması, valyuta məhdudiyyətlərinin azaldılması, istehsal və ticarətdə peşəkarlığa diqqət regional birləşmə ilə reallaşa bilər. 

İranın iqtisadiyyat və maliyyə naziri deyib: EKO-ya üzv ölkələrin cöğrafi cəhətdən biri-birinə yaxın və bitişik olduqlarına görə, ticarət mübadilələri üçün geniş potensiala malikdirlər bu məqsədə nail olmaq üçün nəqliyyat infrasturukturlarının inkişafı, gömrük rüsumlarının asanlaşdırılması, ticarət sənədlərinin koordinasiyası, beynəlxalq konvensiyalara üzvlük, EKO proqramlarına uyğun olaraq daxili qanunların şəffaflığının təmini, regional ticarət qarşısında duran maneələrin aradan qaldırılması və ölkələr arasında sərhəd problemlərinin həlli, tərəflərin mənafeini təmin edəcək, problemlərin azalmasına gətirib çıxaracaqdır. 

Teqlər