General Salami: Düşmənlərin təqibində heç bir qırmızı xəttimiz yoxdur
-
General Salami
Sepahın komandan əvəzi: İran İslam Respublikası bədxahları strateji yanlışlığa yol verdikləri və hərbi hərəkət məqsədini güddükləri halda, istənilən ərazidə onları məhv edəcəyik.
General-mayor Hüseyn Salami Urmiyənin Əzəm Sarəllah Hüseyniyyəsində Sepahın 250 komandanı və informasiya şəhidinin anım mərasimində deyib: Aşuranın müraciəti islam ümmətinin islahı, əmr be məruf və nəhy əz münkəri və islam dinini canlandırmaq idi.
O sözlərinin davamında regionun mürtəce qüdrətləri və sionist rejimin muzdlularının ölkə sərhədlərindəki nəhs planlarına toxunub və deyib: Son aylarda ölkə sərhədlərində asılı amillərin hərəkətləri məğlubiyyətlə üzləşib və islam qüvvələrinin yerindəcə reaksiyası ilə məhv edilib və dəfn olunub.
General Salami düşmənlərə xəbərdarlıq edərək bildirib: İran İslam Respublikası bədxahları strateji yanlışlığa yol verdikləri və hərbi hərəkət məqsədini güddükləri halda, istənilən ərazidə onları məhv edəcəyik. Bu ilahi vəddir və düşmənlərin təqibində heç bir qırmızı xətt və məhdudiyyətimiz yoxdur.
Düşmənlərin islam quruluşu ilə qarşılaşmada həmişə məğlubiyyəti təcrübə etdiklərini bəyan edən general əlavə edib: Sepah qüvvələrinin Amerikanın dəniz komandoslarının ölkənin su sərhədlərinə təcavüzü ilə qüdrətli davranışı düşmənlərin təhdidləri ilə mübarizədə döyüşçülərin fəxrli nümunəsi idi.
General Salami İran İslam Respublikasının regiondan kənar qüdrətini qeyd edərək bildirib: İslam quruluşunun qüdərti sərhədləri keçmişdir və bütün dünyanı gəzmişdir. Dünyanın hər bir yerində müsəlmanlar ayılıblar və İslam İnqilabının məşəlini əllərində tutublar.