İslam İnqilabının Keşikçiləri Korpusundan amerikanların propaqandalarına cavab
İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qoşunlarında(Sepah) məlumatlı bir mənbə ABŞ-ın Sepaha qarşı iddialarına cavab olaraq deyib: Əsas problem Amerikanın Fars körfəzi regionunda qeyri-zəruri və qeyri-peşəkar fəaliyyətindən ibarətdir.
SepahNyus-un verdiyi məlumata görə, Sepahda məlumatlı mənbə amerikanların öz təbliğatlarında müəyyən məqsədi nəzərdə tutduqlarını xatırladaraq deyib: Amerikalılar qeyri-peşəkar və qeyri-əlverişli rəftarları ilə regiondakı durumun qeyri-adi ilduğunu inandırmağa çalışırlar.
Sepahın bu məlumatlı mənbəi müxtəlif ölkələrin gəmilərinin Fars körfəzi və Hormoz boğazından gediş gəlişini xatırladaraq deyib: Müxtəlif gəmilər beynəlxalq qanunlara riayət edərək gecə gündüz bu məntəqədə gediş-gəlişdədirlər, sadəcə amerikalılar səs-küy salmağa qeyri-real səbəblərlə problem törətməyə meyillidirlər.
İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qoşunlarında məlumatlı mənbə bu korpus qüvvələrinin daima Fars Körfəzi və Oman dənizində hərəkətlər barədə müşahidələr aparmaqla bu strateji əhəmiyyətli regionda davamlı təhlükəsizliyin təmininə əzmkardır.