Təbriz-Məşhəd qatarının qəzaya uğraması nəticəsində həyatını itirənlərin xatirəsi anıldı
Təbriz-Məşhəd qatarının qəzaya uğraması nəticəsində həyatını itirənlərin xatirəsinə həsr olunmuş anım mərasimi səhiyyə və tibbi təhsil naziri, yol və şəhərsalma naziri və yerli rəsmilərin iştirakı ilə Təbriz şəhərində keçirilib.
Təbrizin Tuba məscidində keçirilən bu mərasimdə müxtəlif təbəqədən olan insanlar iştirak edib. Məraim iştirakçıları Təbriz-Məşhəd qatarıın qəzaya uğraması nəticəsində həyatını itirənlərin xatirəsini yad ediblər.
Dünən də Təbrizin Şəhidlər meydanında Təbriz-Məşhəd qatarının qəzaya uğraması nəticəsində həyatını itirənlər üçün hadisə qurbanlarının yaxınları, əzadarlıq dəstələri, yerli rəsmilər, ordu rəsmiləri və müxtəlif təbəqədən olan xalq kütləsinin iştirakı ilə dəfn mərasimi təşkil edilmişdi. Mərasim iştirakçıları növhə və mərsiyə sədaları altında İmam Rzanın(ə) məzlum zəvvarları üçün göz yaşları axıdıblar.
Ötən cümə günü Semnan-Məşhəd və Təbriz-Məşhəd qatarlarının toqquşması nəticəsində qatarın sərnişinləri və ekipaj üzvləri daxil olmaqla 48 nəfər həyatını itirmişdi.