Dek 07, 2016 17:13 Asia/Baku
  • İran və Yaponiya xarici işlər nazirləri Tokioda mətbuat konfransı keçirib
    İran və Yaponiya xarici işlər nazirləri Tokioda mətbuat konfransı keçirib

İran İslam Respublikası xarici işlər naziri deyib: İran və Yaponiyanın ikitərəfli, regional və beynəlxalq əlaqələri qarşılıqlı hörmətə əsasən davam edir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Yaponiya xarici işlər naziri Fomio Kişida ilə müştərək mətbuat konfransında iki ölkənin iştirak etdiyi bölgələrin siyasi, iqtisadi və sülh və təhlükəsizlik sahələrində müştərək mənafeyinə toxunaraq deyib: Tehran və Tokio bu sahələrdə əməkdaşlıqların genişlənməsi üçün yol xəritəsini çəkə bilərlər. 

Zərif bu gün keçirilən İran və Yaponiya iş adamlarının müştərək iclasına toxunaraq deyib: bu iclasda iki ölkənin özəl sektoru arasında çox yaxşı məsləhətləşmələr aparıldı. 

İran xarici işlər naziri deyib: Bu gün Kişida ilə müzakirələrdə İranda iki istilik elektrik stansiyasının genişlənməsi və yenilənməsi istiqamətində duran maneələrin aradan qaldırılması və elmi və texnoloji fəaliyyətlər üçün Yaponiya tərəfindən maliyyə yardımlarından istifadənin olunması üzrə konstruktiv danışıqlar aparıldı. 

Yaponiya xarici işlər naziri də bu mətbuat konfransında bildirib: Tokio İranın nüvə təhlükəsizliyinə 500 milyon avro ayıracaq. 

Kişida əlavə edib: İran xarici işlər naziri ilə müzakirələrdə həmçinin İranın nəzarət sistemi sahəsində 1,5 milyon avro vəsaitin ayrılması qərara alındı. 

Teqlər