İranın Ankaradakı səfiri Rusiyanın Türkiyədəki səfirinin terror olunmasını pisləyib
https://azeri.sahartv.ir/news/İran-i251963-İranın_ankaradakı_səfiri_rusiyanın_türkiyədəki_səfirinin_terror_olunmasını_pisləyib
İranın Türkiyədəki səfiri dünən gecə bir müraciət yayaraq, Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun terror olunmasını pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2016 07:17 Asia/Baku
  • İranın Ankaradakı səfiri
    İranın Ankaradakı səfiri

İranın Türkiyədəki səfiri dünən gecə bir müraciət yayaraq, Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun terror olunmasını pisləyib.

IRNA-nın məlumatına görə, İranın Türkiyədəki səfiri Mohəmməd Ebrahim Taheriyan bu müraciətdə Rusiyanın Ankaradakı səfirinin həmin terror hücumunda öldürülməsindən təəssüf ifadə edərək, belə qeyd edib: Bu cinayətkar terror hərəkəti dünya ictimaiyyəti və diplomatik ictimaiyyət üçün bir itki sayılır.

İranın Ankaradakı səfiri həmçinin Andrey Karlovun ailəsinə və iş yoldaşlarına başsağlığı verərək, onlar üçün səbir diləyib.

İranın Türkiyədəki səfirliyi bu hadisənin ardınca bildirib ki, İranın İstanbul, Ərzrum və Trabzondakı konsulluqları çərşənbə axşamı günü tətil olacaqdır.

Rusiyanın Türkiyədəki səfiri Ankarada bir foto-sərgiyə baxış keçirərkən silahlı şəxs tərəfindən odlu silahla vurulub. Türkiyənin təhlükəsizlik rəsmilərinin dediklərinə görə, o, polis əməkdaşı olubmuş. 

Bu terror hücumunda Rusiya səfiri qətlə yetirilib və 3 nəfər də yaralanıb.