Lazım gələrsə, bizim nüvə qayıdışımızın sürəti heyrətləndirici olacaq
https://azeri.sahartv.ir/news/İran-i252092-lazım_gələrsə_bizim_nüvə_qayıdışımızın_sürəti_heyrətləndirici_olacaq
İran Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Əgər nüvə anlaşmasından öncəki mövqeyə qayıtmaq qərara alınarsa, bizim qayıdışımızın sürəti heyrətləndirici olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2016 14:52 Asia/Baku
  • Behruz Kəmalvəndi
    Behruz Kəmalvəndi

İran Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Əgər nüvə anlaşmasından öncəki mövqeyə qayıtmaq qərara alınarsa, bizim qayıdışımızın sürəti heyrətləndirici olacaq.

Behruz Kəmalvəndi bu gün öz mətbuat konfransında deyib: Nüvə qayıdışı üzrə bütün məsələlər araşdırılaraq, məşq edilib və biz hər bir şəraitə hazırıq.

O, əlavə edib: Bizim qayıdışımızın sürətinə əsla tərəddüd etməyin; minlərlə sentrifuqa geri qayıda və 20%-dək zənginləşdirmə sürətlə yüksələ bilər.

Kəmalvəndi əlavə edib: Yeni nəsildən olan sentrifuqalardan istifadə iş gündəmində dura bilər.

O, eyni zamanda belə ümidvarlıq edib: Elə bir vəziyyət yaranmayacaq ki, bu səmtə getmiş olaq, əksinə nüvə anlaşmasının gücləndirilməsinə doğru gedəcək və onun inkişafı yolundakı maneələr aradan qaldırılacaqdır.