İran, Rusiya və Türkiyə xarici işlər nazirləri mətbuat konfransı keçiriblər
https://azeri.sahartv.ir/news/İran-i252104-İran_rusiya_və_türkiyə_xarici_işlər_nazirləri_mətbuat_konfransı_keçiriblər
İran İslam Respublikası, Rusiya Federasiyası və Türkiyə Cümhuriyyəti xarici işlər nazirləri keçirdikləri müştərək mətbuat konfransında Suriya sülh müzakirələrinin canlandırılmasını vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2016 16:36 Asia/Baku
  • İran, Rusiya və Türkiyə xarici işlər nazirləri mətbuat konfransı keçiriblər
    İran, Rusiya və Türkiyə xarici işlər nazirləri mətbuat konfransı keçiriblər

İran İslam Respublikası, Rusiya Federasiyası və Türkiyə Cümhuriyyəti xarici işlər nazirləri keçirdikləri müştərək mətbuat konfransında Suriya sülh müzakirələrinin canlandırılmasını vurğulayıblar.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif rus və türk həmkarları ilə üçtərəfli iclasda deyib: Rusiya və Türkiyə Suriya böhranına siyasi həll yolunun tapılmasına ehtiyaclıdırlar.

Zərif bildirib: Biz təkcə Suriya deyil, bütün regionu girov götürmüş terrorizmi məhv etmək üçün əməkdaşlıq etməliyik.

Zərifin sözlərinə görə, terrorizm hətta qısa müddətli məqsədlərin əldə olunması üçün vasitə olaraq istifadə edilməməlidir.

Müştərək mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: İran, Rusiya və Türkiyə xarici işlər nazirləri Suriyada atəşkəs üzrə yekdil rəyə malikdirlər və saziş danışıqlarına zəmanət verməyə hazırdırlar. İran və Türkiyə ilə müştərək təşəbbüsün davam etməsi üzrə razılığa gəldik.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da iranlı və rus həmkarı ilə keçirilən müştərək mətbuat konfransında deyib: Moskvada bir araya gəldik ki, Hələbdə faciəvi vəziyyətə son qoymaq üçün prosesi araşdıraq.