Astana iclası Suriyada terrorizmə son qoya bilər
https://azeri.sahartv.ir/news/İran-i253420-astana_iclası_suriyada_terrorizmə_son_qoya_bilər
İranın müdafiə naziri deyib: Biz vurğulayırıq ki, heç bir ölkə Suriya xalqı üçün qərar verə bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2016 14:29 Asia/Baku
  • İranın müdafiə naziri
    İranın müdafiə naziri

İranın müdafiə naziri deyib: Biz vurğulayırıq ki, heç bir ölkə Suriya xalqı üçün qərar verə bilməz.

İranın müdafiə naziri Rusiya əl-Youm televiziyasına verdiyi müsahibədə qeyd edib ki, Astana müzakirələrində Suriya xalqının tələbinə hörmətlə yanaşanlar iştirak edə bilərlər. Hüseyn Dehqan əlavə edib: Biz bu qənaətdəyik ki, Suriya böhranının yeganə həll yolu budur ki, suriyalı-suriyalı həll yolunu dəstəkləyək. Səudiyyə Ərəbistanı belə bir rolu oynamır ki, müzakirələrdə iştirak edə bilsin. Səudiyyə Ərəbistanının Suriya ilə heç bir sərhədi yoxdur. Səudiyyəlilər Suriya quruluşunu devirmək ardıncadırlar. Və belə bir niyyəti olan hər bir tərəflə müzakirə etmək mümkün deyildir. Və ona qətiyyətlə cavab vermək lazımdır.

Hələbin məhəllələri və küçələrinin təmizlənməsi ilə yanaşı, Hələbin şərqində yenicə azad olunmuş məhəllələrdə 5 məktəb yenidən fəaliyyətə başlayıb. Bildirilir ki, İngiltərə və Fransa Suriyanın hərbi zabitlərinə qarşı qətnamənin ilkin mətnini BMT Təhlükəsizlik Şurasına təqdim ediblər.

Astana görüşü ərəfəsində Rusiyanın Amerikaya xəbərdarlığı. Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Con Kerri ilə telefon söhbətində xəbərdarlıq edib ki, Suriyada terrorçulara silahların göndərilməsi qətllərin artmasına səbəb olur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü də dolayısı ilə terrorçulara Amerika silahlarının göndərilməsini səfirlərin terror edilməsinin səbəbi və öz səfirliklərinə təhdid adlandırıb və onu düşmənçilik hesab edib.

Terrorçuların əsas hamilərindən olmuş Türkiyə prezidenti Ərdoğan da indi keçmişdəki yanlışlıqlarını təkrarlamamaq üçün Amerikanı Suriyadakı terrorçulara dəstəyin səbəbkarı adlandırıb və deyib: Cenevrə müzakirələri məğlubiyyətə uğrayıb. Əlbəttə İŞİD-lə mübarizə bəhanəsi ilə Suriyadakı bir çox terrorçulara dəstək göstərən Ərdoğan Astana görüşü ərəfəsində etdiyi çıxışında terrorçuların daha iki hamisi Ərəbistan və Qətərin də bu iclasa qatılmasını istəyib.

Qazaxıstan iclası ərəfəsində Suriya hökuməti bəzi müxalif qruplarla müzakirələr aparmaqdadır. Suriya hökumətinin hələlik qırmızı xətti Ən-Nüsrə Cəbhəsi və İŞİD-dir. Hər halda müqavimət mehvərinin mövqeyi bəllidir. Terrorçularla mübarizə və Suriya xalqının tələbini dəstəkləmək. Türkiyə də bu müzakirələrin nəticə verməsini istəyirsə, bəzi hərəkətlərindən əl çəkməlidir.