Yan 08, 2017 21:51 Asia/Baku
  • Mərhum Ayətullah Haşimi Rəfsəncaninin Bioqrafiyası

İran İslam Respublikasının quruluşun məsləhət şurasının sədri Ayətullah Haşimi Rəfsəncani islam və inqilab uğrunda ömürlük səy və mücahidlikdən sonra nəhayət 82 yaşında Tehranda dünyasını dəyişib.

Ayətullah Əkbər Haşimi Rəfsəncani 1313-cü hicri şəmsi ilində (1934) Kirman vilayətinin Bəhriman kəndində anadan olmuşdur. O hicri şəmsi təqvimi ilə 40-cı illərin əvvəllərində təhsilini davam etdirmək üçün Qum dini seminariyasına və Pəhləvi rejiminə qarşı mübarizlər sırasına daxil oldu. 

İmam Xomeyninin(r.ə) və islam inqilabının köhnə dostu zalım şahlıq rejiminə qarşı yorulmaz mübarizələrinə görə dəfələrlə həbs edilsə də öz amallarından geri dönmədi və İran İslam Respublikasının banisini yalqız buraxmadı.

İranda islam inqilabı qələbə çaldıqdan sonra Ayətullah Haşimi Rəfsəncani ilk olaraq İranın Daxili İşlər Nazirliyinin rəhbəri təyin olundu və müqəddəs müdafiə dövründə uzun müddət üçün Silahlı Qüvvələrin Baş Komandanının canişini vəzifəsində fəaliyyət göstərdi. 

Mərhum Ayətullah Haşimi Rəfsəncani 1368-ci hicri şəmsi ilindən(1989) 1376-cı hicri şəmsi ilinədək(1997) iki 4 illik müddət üçün İran İslam Respublikasının prezidenti vəzifəsində fəaliyyət göstərdi, sonra islam inqilabının böyük rəhbərinin fərmanı ilə quruluşun məsləhət şurasının sədri təyin edildi və ömrünün sonunadək bu vəzifədə qaldı. 

Ayətullah Haşimi Rəfsəncani Xobreqan Məclisinin bütün dövrlərində bu məclisin nümayəndəsi və rəyasət heyətinin üzvü idi. 

Mərhum Ayətullah Haşimi Rəfsəncani 1386-cı hicri şəmsi ilindən(2007) 1390-cı ilədək(2011) rəhbəri təyin edən Xobreqan Məclisinin sədri vəzifəsində fəaliyyət göstərdi. 

Teqlər