Fransanın xarici işlər naziri Tehrana daxil olub
https://azeri.sahartv.ir/news/İran-i258349-fransanın_xarici_işlər_naziri_tehrana_daxil_olub
Yüksək səviyyəli siyasi-iqtisadi heyətə başçılıq edən Fransanın xarici işlər naziri Tehrana rəsmi səfərə gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2017 06:08 Asia/Baku
  • Fransanın xarici işlər naziri Tehrana daxil olub
    Fransanın xarici işlər naziri Tehrana daxil olub

Yüksək səviyyəli siyasi-iqtisadi heyətə başçılıq edən Fransanın xarici işlər naziri Tehrana rəsmi səfərə gəlib.

 Jan Mark Ayru dünən axşam Tehrana daxil olub. Onun bu səfərdə İranlı həmkarı Məhəmməd Cavad Zərifdən əlavə İran İslam Respublikası prezidenti Həsən Ruhani, İslami Şura Məclisinin sədri Əli Laricani və İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani ilə görüşlərində qarşılıqlı, regional və beynəlxalq məsələlər müzakirə ediləcək. 

Fransanın Xarici İşlər Naziri bu gün İranın xarici işlər naziri ilə birlikdə iki ölkənin müştərək əməkdaşlıq komisiyasının ilk iclasında da iştirak edəcək, həmin iclasda bir anlaşma sənədi də imzalanacaq.