Yan 31, 2017 13:23 Asia/Baku
  • \
    \"Zər Taxıl\" zavodunun istifadəyə verilməsi ilə 6500 yeni iş yeri açılıb

İran İslam Respublikası Prezidenti deyib: Əlborz ostanında "Zər Taxil" taxıl təmizləmə zavodunun istifadəyə verilməsi ilə 6500 yeni iş yeri açılıb.

Həsən Ruhani bu gün Əlborz ostanında Zər Taxil zavodunun açılış mərasimində İmam Xomeyninin(r.ə) İrana qayıdışının ildönüyü günü münasibəti ilə hamını təbrik edərək taxil təmizləmə zavodunun istifadəyə verilməsini elmi tədqitat və istehsal baxımından əhəmiyyətli hadisə adlandırıb və deyib: Elmi tədqiqat mərkəzlərinin fəaliyyətləri ali təhsilli gənclərimiz üçün iş yerləri yarada bilər. 

İran İslam Respubliksının prezidenti deyib: İran xalqı "Müqavimət iqtisadiyyatı, təşəbbüs" ilində İslam İnqilabının Böyük Rəhbərinin çağırışına müsbət cavab verdi və hökumət də var-gücü ilə fəallıq nümayiş etdirməkdədir. 

Ruhani Zər Taxıl zavodunun istifadəyə verilməsini önəmli hadisə adlandıraraq deyib: Bu elmtəməlli taxıl təmizləmə zavodu birincilər sırasındadır. Burada qarğıdalı maye qəndə çevrilir və bu məhsulun ölkə daxili və xaricində istehlakçıları var, bu gün bir çox ölkələr bu məhsulu tələb edirlər. 

İslam İnqilabının qələbəsinin ildönümü ön günlüyünün ilk günündə prezident Ruhaninin Əlborz ostanına səfərində başqa 3 sənaye layihəsi də istifadəyə verilib və iki sənaye obyektinin yeni məhsulları təqdim olunub. 

"Zər Taxıl" zavodunun istifadəyə verilməsi mərasimində İran prezidenti video-konfrans vasitəsi ilə Əlborz ostanının üç infrastruktur layihəsi olan Şüşə parça istehsalı zavodu, süni çimənlik istehsalı kompleksi və müxtəlif növlü sabun istehsalı mərkəzini istifadəyə verib. 

Prezident Həsən Ruhaninin Əlborz ostanına səfəri zamanı həm də LED lampaların istehsalı zavodu, sənaye, tikinti və yol boyaları zavodu eləcə də kağız və çap sənayesi obyekti istifadəyə verilib. 

Həsən Ruhaninin Əlborz ostanına səfərində Kərəc şəhərində təzyiq kontaktoru kompleksi, Savucbulaqda isə müxtəlif növlü soyuducuların istehsalı zavodunun yeni məhsullarının təqdimatı mərasimi keçirilib. 

Teqlər